13 
İyl
2019
18:51
58
165
15118
Virtual karabakh

Tualetdəki gizli kameraya yaxalanan şahmatçını cəza gözləyir

13 İyl, 2019
18:51
15118

Tualetdəki gizli kameraya yaxalanan şahmatçını cəza gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiyalı şahmatçı İqor Rausisi cəza gözləyir.

TASS xəbər verir ki, çexiyalı qrossmeyster Starsburqda keçirilən turnirdə qadağan olunmuş vasitədən – telefondan istifadə etdiyi üçün diskvalifikasiya olunacaq.

Belə ki, oyun davam edərkən tualetə gedən İ.Rausis gedişləri telefondakı proqramla yoxlayıb analiz edirmiş.

Dələduzluğun aşkarlanmasında turnirin baş hakimi Loran Freydin böyük rolu olub. Onun israrından sonra tualetdə quraşdırılmış gizli kameraya baxış keçirilib və şahmatçının qaydaları pozduğu bəlli olub.

İ.Rausis öz günahını etiraf edib və buna görə üzr istəyib.

Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən məsələ ilə bağlı araşdırma davam edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri