14 
İyl
2019
21:31
27
357
10890
Virtual karabakh

Zidana ağır itki üz verib

14 İyl, 2019
21:31
10890

Zidana ağır itki üz verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidana və ailəsinə ağır itki üz verib.

Oxu.Az xəbər verir ki, veteran futbolçunun qardaşı 55 yaşlı Fərid uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qardaşının vəfatından sarsılan Madrid komandasının çalışdırıcısı “Kral klubu”nun növbəti mövsümə hazırlaşdığı bir vaxtda İspaniyaya qayıtmaq məcburiyyətində qalaraq Kanadanı tərk edib.

Qeyd edək ki, bir müddət öncə Z.Zidanın başına daha bir xoşagəlməz hadisə gəlib. Onun evdə olmadığını bilən soyğunçular bu vəziyyətdən istifadə edərək yaşadığı mənzilə basqın etmişdilər.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri