17 
İyl
2019
15:40
37
119
3133
Virtual karabakh

Rumıniyada “Astana”nı Azərbaycan çempionu hesab edirlər

17 İyl, 2019
15:40
3133

Rumıniyada “Astana”nı Azərbaycan çempionu hesab edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniya mətbuatı Qazaxıstanın “Astana” futbol klubunu Azərbaycan komandası kimi təqdim edib.

UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin birinci raundunun “ÇFR Kluj” (Rumıniya) - “Astana” arasında keçiriləcək cavab oyununun yayımı haqqında məlumat verən yerli idman verilişində qonaq komanda Azərbaycan təmsilçisi kimi göstərilib:

“İki və daha çox top fərqi ilə istənilən qələbə Rumıniya komandasını növbəti mərhələyə çıxaracaq. Bu cütlüyün qalibi “Makkabi” (Təl-Əviv) ilə görüşəcək. Azərbaycanlılar (!) bir qol vursa, bir top fərqi ilə üstünlük belə, “Kluj”un növbəti mərhələyə çıxmasına imkan verməyəcək”.

Qeyd edək ki, “ÇFR Kluj” - “Astana” oyunu bu gün saat 22:00-da keçiriləcək. İlk qarşılaşma “Astana”nın minimal hesablı qələbəsi ilə başa çatıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri