18 
İyl
2019
01:13
208
23
7116
Virtual karabakh

“Qarabağ”ın növbəti rəqibi İrlandiya çempionu olacaq

18 İyl, 2019
01:13
7116

“Qarabağ”ın növbəti rəqibi İrlandiya çempionu olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli oldu.

Oxu.Az xəbər verir ki, Ağdam klubu növbəti mərhələdə İrlandiya çempionu “Dandalk”la qarşılaşacaq.

Sözügedən komanda I təsnifat mərhələsində Latviyanın “Riqa” klubu ilə dueldən qalib ayrılıb. 

İrlandiyada baş tutan ilk oyunda qapılara qol vurulmamışdı. Riqada keçirilən cavab görüşündə də 90 dəqiqə qolsuz yekunlaşıb. Tərəflər əlavə vaxtda da fərqlənə bilməyincə, qalibin müəyyənləşdirilməsi üçün penalti seriyasına ehtiyac duyulub.

11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Dandalk” 2-ci təsnifat mərhələsində oynamaq hüququ qazanıb – 5:4.

Qeyd edək ki, ÇL-in II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab qarşılaşmaları isə ayın 30-31-də baş tutacaq. Matçların dəqiq tarixi qarşıdakı günlərdə müəyyənləşəcək.

Püşkə əsasən, “Qarabağ” bu mərhələdəki ilk matçını da səfərdə, cavab oyununu Bakıda keçirməlidir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri