19 
İyl
2019
06:36
223
22
2539
Virtual karabakh

Şəhriyar Məmmədyarov Riqada superturnirin finalına çıxa bilər - VİDEO

19 İyl, 2019
06:36
2539

Şəhriyar Məmmədyarov Riqada superturnirin finalına çıxa bilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Riqada FIDE-nin və “World Chess”in birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının II mərhələsinin ilk yarımfinal oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalın ilk görüşündə amerikalı Uesli Sonu məğlub edib.

O bu gün qara fiqurlarla Uesli Soya qarşı çıxış edəcək. Şahmatçımız qalib gəlsə, finala çıxacaq. Yarımfinalın digər görüşündə fransalı Maksim Vaşye-Laqravla rusiyalı Aleksandr Qrişuk çıxış edir. Onların ilk görüşü heç-heçə bitib.

Qeyd edək ki, şahmatçımız 1/8 finalda rusiyalı Daniel Dubova, 1/4 finalda isə polşalı Yan-Kjiştof Dudaya qalib gəlib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri