21 
İyl
2019
16:56
238
38
6182
Virtual karabakh

Azərbaycan EYOF-un ilk günü dörd medal qazandı - YENİLƏNİB

21 İyl, 2019
16:56
6182

Azərbaycan EYOF-un ilk günü dörd medal qazandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan EYOF-da daha bir medal qazanıb.

Oxu.Az xəbər verir ki, sərbəst güləşçimiz Əbülfəz Nəsirov (-55 kq) finalda italiyalı Simone Vinçentso Piroddu ilə qarşılaşıb.

Gərgin keçən görüşün ilk hissəsi rəqibin 4:3 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə italiyalı güləşçi fərqi artırıb və 8:5 hesabı ilə qələbə qazanıb.

Bununla da idmançımız gümüş medalla kifayətlənib.

Beləliklə, ilk gündə çıxış edən Azərbaycanın dörd güləşçisi də medal qazanıb. Ölkəmiz iki qızıl, bir gümüş və bir bürünc medalla sıralamada liderdir.

16:40

Azərbaycan EYOF-da daha bir qızıl medal qazanıb.

Oxu.Az xəbər verir ki, sərbəst güləşçimiz Murad Haqverdiyev (-45 kq) gürcüstanlı Nikolozi Santeladzeni 11:4 hesabı ilə məğlub edərək Azərbaycana ikinci qızıl medalı qazandırıb.

Bu gün daha bir sərbəst güləşçimiz qızıl medal qazana bilər.

16:16

Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) ilk qızıl medalını qazanıb.

Oxu.Az xəbər verir ki, yunan-Roma gəlişində Fərid Sadıxlı (-45 kq) final görüşündə türkiyəli Umut Çobanı bir neçə saniyəyə 9:0 hesabı ilə qalib gəlib və görüş vaxtından tez başa çatıb.

Bununla da Azərbaycan EYOF-da ilk qızıl medalını qazanıb.

Daha bir yunan-Roma güləşçimiz Nihat Məmmədli isə bürünc medal qazanıb.

55 kq çəki dərəcəsində güləşən Nihat türkiyəli Bəkir Atəşi bir neçə saniyəyə 11:0 hesabı ilə qalib gəlməklə görüşün vaxtından öncə başa çatmasına nail olub.

Xatırladaq ki, bu gün iki sərbəst güləşçimiz də qızıl medal qazana bilər.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri