26 
İyl
2019
20:37
161
22
2195
Virtual karabakh

Paracüdo millimiz Avropa çempionatında ilk sıradadır

26 İyl, 2019
20:37
2195

Paracüdo millimiz Avropa çempionatında ilk sıradadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın paracüdo üzrə millisi İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatının ilk günündə beş medal qazanıb.

Oxu.Az xəbər verir ki, qızlar arasında 57 kq çəki dərəcəsində Sevda Vəliyeva gümüş, 52 kq çəki dərəcəsində Səbinə Abdullayeva bürünc medala yiyələnib.

Kişilər arasında yarışda isə 66 kq çəki dərəcəsində Bayram Mustafayev gümüş, Namiq Abbaslı bürünc və 73 kq çəki dərəcəsində Ramil Qasımov bürünc medallara layiq görülüb.

Beləliklə, yarışın ilk günü iki gümüş və üç bürünc medal qazanmaqla milli komandamız medal sayına görə I yerdə qərarlaşıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri