11 
Avq
2019
05:56
135
62
5983
Virtual karabakh

“Barselona” “Napoli”ni darmadağın etdi - VİDEO

11 Avq, 2019
05:56
5983

“Barselona” “Napoli”ni darmadağın etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona” və “Napoli” arasında keçirilən yoldaşlıq görüşü başa çatıb.

Oxu.Az xəbər verir ki, ABŞ-ın Enn-Arbor şəhərinin “Miçiqan” stadionunda baş tutan görüşdə İspaniya klubu İtaliya komandasını darmadağın edib. Belə ki, oyun 4:0 hesabı ilə katalonların xeyrinə yekunlaşıb.

Azarkeşlər birinci taymda qol görməsələr də, oyunun ikinci hissəsində “Barselona” oyunçuları rəqibin qapısından ardarda 4 qol keçiriblər. Hesabı görüşün 48-ci dəqiqəsində Luis Suares açıb. O dubl etdiyi halda, Usman Dembele və Antuan Qrizmann hərəyə bir dəfə fərqlənib. Qeyd edək ki, bu həm də Qrizmannın yeni komandasında ilk qolu olub.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri