13 
Avq
2019
20:50
177
104
9835
Virtual karabakh

Ramil Quliyev ikinci dəfə evləndi - FOTO

Əslən azərbaycanlı, amma Türkiyəni təmsil edən atlet Ramil Quliyev evlənib.

Oxu.Az xəbər verir ki, bu, dünya çempionu sprinterin ikinci evliliyidir.

Ramilin xanımı da özü kimi idmançı və yüngül atletdir.

Rusiyanı təmsil edən Yekaterina Zavyalova isə Olimpiya mükafatçısıdır. O, London-2012 Olimpidasında 800 metr məsafəyə qaçışda gümüş medal qazanıb.

Rusiyalı idmançı şəxsi “İnstagram” səhifəsində evlilik mərasimindən fotoları paylaşaraq izdivaclarını elan edib.

Həmin fotoları təqdim edirik.

Qeyd edək ki, Ramil Quliyev ötən ilin aprelində ukraynalı Marqarita Duhina ilə ailə qurmuşdu. Onların toy mərasimi ötən gün İstanbulda reallaşmışdı. Bir müddət əvvəl isə onlar ayrılmaq qərarına gəlmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri