17 
Avq
2019
22:30
219
30
3115
Virtual karabakh

Güləşçimiz gümüş medal qazandı

17 Avq, 2019
22:30
3115

Güləşçimiz gümüş medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.

Beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. 

Azərbaycan Güləş Federasiyasının məlumatına görə, təmsilçimiz Zaur Əliyev ilk görüşdə Qırğızıstan idmançısını tam üstünlüklə məğlub edib. Avropa çempionatının bürünc medalçısı 1/4 finalda Moldova təmsilçisini də ilk hissədə qazandığı xallarla üstələyərək yarımfinala yüksəlib. Yarımfinalda 2 il əvvəl yeniyetmələrin dünya çempionatının finalında qarşılaşdığı Yaponiya idmançısı ilə üz-üzə gələn Z.Əliyev revanş alıb. İlk hissədə 4 xallıq fəndi uğurla icra edən Zaur hesabdakı üstünlüyünü sonadək qoruyub və dünya çempionatının finalına vəsiqə qazanan ilk güləşçimiz olub.

Pəhləvanımız avqustun 17-də baş tutan həlledici qarşılaşmada Rusiya təmsilçisinə uduzub və gümüş medalı boynundan asıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri