20 
Avq
2019
13:51
23
97
2662
Virtual karabakh

Doqquzqat paralimpiya çempionu masajçıya təcavüzdə günahlandırılır

20 Avq, 2019
13:51
2662

Doqquzqat paralimpiya çempionu masajçıya təcavüzdə günahlandırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üzgüçülük üzrə doqquzqat paralimpiya çempionu Kris Holms qadın masajçıya təcavüzdə ittiham olunur.

Oxu.Az xəbər verir ki, hazırda siyasətlə məşğul olan, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının 47 yaşlı üzvü Londondakı beşulduzlu hotellərdən birində masajçını zorlama üstündə məhkəmə qarşısına çıxıb.

Hadisə martın 7-də baş verib. Təqsirləndirilən şəxsin yalnız vəkili danışıb. Onun özü isə adını, doğum tarixini və milliyyətini bildirməklə kifayətlənib. Holmsun növbəti məhkəmə işi sentyabrın 30-da baş tutacaq.

Qeyd edək ki, görmə məhdudiyyətli K.Holms 1992-ci il Barselona Paralimpiya Oyunlarında altı, 1996-cı il Atlanta Paralimpiya Oyunlarında üç qızıl medal qazanıb. O, karyerası ərzində 35 dünya rekordu qırıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri