23 
Avq
2019
13:31
96
39
5433
Virtual karabakh

"Liverpul" Premyer Liqa tarixində ən bahalı saziş bağlamağa hazırlaşır

23 Avq, 2019
13:31
5433

"Liverpul" Premyer Liqa tarixində ən bahalı saziş bağlamağa hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Liverpul" futbol klubu İngiltərə Premyer Liqası tarixində rekord sayılacaq sponsor müqaviləsini imzalamaq ərəfəsindədir.

Bu barədə "The Sun" yazır.

"Qırmızılar" idman ləvazimatları istehsal edən "Nike" şirkəti ilə saziş imzalamağa hazırlaşır. 

Razılaşmanın dəyəri "Mançester Yunayted"in "Adidas"la bağladığı və ilə 82 milyon avro qazandıran müqavilədən daha böyük olacaq. 

Hazırda "Liverpul" "New Balance" şirkəti ilə əməkdaşlıq edərək 50 milyon avroya yaxın pul alır. Komanda sponsorunu gələn mövsümdən dəyişməyi planlaşdırır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri