26 
Avq
2019
08:51
84
23
1559
Virtual karabakh

Azərbaycan gimnastları Dünya kubokunda üç medal qazandı

26 Avq, 2019
08:51
1559

Azərbaycan gimnastları Dünya kubokunda üç medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid Dünya Kuboku yekunlaşıb.

Oxu.Az Gimnastika Federasiyasına istinadən xəbər verir ki, Aliyə Paşayeva, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətova və Diana Əhmədbəylidən ibarət qrup hərəkətləri komandamız kubokda ilk olaraq, çoxnövçülük proqramında 49.950 xalla gümüş medal qazanıblar.

Kubokun son günü isə ayrı-ayrı alətlər üzrə final mərhələləri keçirilib. Qızlarımızın ikinci gümüş medalı da məhz elə 5 topla çıxışlarına görə olub (26.100).

Qrup komandamızın gürzlər və halqa ilə icra etdiyi kompozisiyaları onlara kubokun bürünc medalını qazandırıb (24.650).

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri