Sen
2019
18:56
29
91
4235
Virtual karabakh

Zlatko Daliç: Azərbaycanla oyuna yaxşı başlamalıyıq, əks halda... - FOTO

8 Sen, 2019
18:56
4235

Zlatko Daliç: Azərbaycanla oyuna yaxşı başlamalıyıq, əks halda... - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz


Azərbaycanla oyun bizim üçün çətin olacaq. Slovakiya ilə oyundakı kimi Bakıda yaxşı çıxış etməyə çalışacağıq. Rəqibimiz autsayder olsa da, zəif komanda deyil.

Oxu.Az xəbər verir ki, bunu futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib.

Bu gün "Bakcell Arena"da Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan - Xorvatiya oyunu ilə bağlı mətbuat konfransı keçirilib. Xorvatiyanı dünya ikincisi etmiş Daliç sabah keçiriləcək oyunla bağlı fikirlərini bildirib:

"Azərbaycan yaxşı rəqibdir. Sabah biz oyuna yaxşı başlamalıyıq. Əks halda biz çətinliklə üzləşə bilərik. Heyətdə dəyişiklik olsa da, az olacaq.

Məqsədimiz Avropa çempionatına vəsiqə qazanmaqdır. Bütün fikirlərimiz bu yöndədir. Məncə, 15 xal bizə bunun üçün kifayət edəcək.

İtkilərimiz komandaya o qədər də təsir etmir. Bratislavada da itkilərimiz vardı, ancaq səfərdə 4:0 qalib gəldik".

Xorvatiya millisinin aparıcı müdafiəçisi Domaqoy Vida isə Azərbaycanla oyunun asan keçməyəcəyini vurğulayıb: "Bu komandanın qrupda 0 xalla sonuncu olması onların əsl gücünü əks etdirmir. Azərbaycan Xorvatiya və Uelslə görüşlərdə yaxşı çıxış edib. Biz bir neçə il əvvəl bu stadionda 0:0 oynamışıq. Ona görə də qazanacağımız 3 xal bizə asan başa gəlməyəcək".

Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu sabah saat 20:00-da başlayacaq. Görüşü isveçrəli hakimlər briqadası idarə edəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri