Sen
2019
21:55
462
93
12223
Virtual karabakh

Yığmamız dünya ikincisini Bakıda büdrədib ilk xalını qazandı - YENİLƏNİB

9 Sen, 2019
21:55
12223

Yığmamız dünya ikincisini Bakıda büdrədib ilk xalını qazandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya oyunu 1:1 hesabı ilə başa çatıb.

Oxu.Az xəbər verir ki, millimiz bununla da qrupda ilk xalını son dünya ikincisindən alıb.

Qeyd edək ki, dörd il əvvəl də "Bakcell Arena"da yığmamız Xorvatiya ilə sülh bağlamışdı - 0:0. Həmin nəticədən sonra xorvatların baş məşqçisi Niko Kovaç istefa vermişdi.


21.31.

Meydana ikinci hissədə daxil olan Təmkin Xəlilzadə bütün Xorvatiya müdafiəsini tar-mar edərək hesabı bərabərləşdirdi.

21:12

Azərbaycan-Xorvatiya oyununun ikinci hissəsi başlayıb.
 

20:49

Azərbaycan-Xorvatiya oyununda ilk hissə başa çatıb.

Oxu.Az xəbər verir ki, millimiz fasiləyə 0:1 hesabı ilə məğlub daxil olur.


20:14

Avro-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan – Xorvatiya oyununda hesab açılıb.

Luka Modriç 11-ci dəqiqədə millimizə penaltidən qol vurub.

 

19:04

Avro-2020-nin seçmə mərhələsində saat 20:00-da başlayacaq Azərbaycan – Xorvatiya oyunu üçün heyətlər açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:

Azərbaycan: 12. Emil Balayev, 21. Pavel Paşayev, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 22. Cavid Hüseynov, 3. Şəhriyar Rəhimov, 13. Dmitri Nəzərov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlasiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartolets.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri