11 
Sen
2019
12:16
202
31
3666
Virtual karabakh

“Trabzonspor” Mahir Emrelini xorvatlarla oyunda bəyəndi

11 Sen, 2019
12:16
3666

“Trabzonspor” Mahir Emrelini xorvatlarla oyunda bəyəndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin dörd böyük nəhəng klubundan biri olan “Trabzonspor” Mahir Emrelini transfer etməkdə maraqlıdır.

Fotospor” xəbər verir ki, 1:1 başa çatmış Azərbaycan – Xorvatiya oyununu Bakıda izləyənlər arasında Trabzon klubunun skautları da olub.

Bu futbolçu qol vura bilməsə də (hətta Xorvatiya KİV-i meydanda olan futbolçular arasında ən aşağı xalı Mahirə verib – S.M.), skautlar onu bəyənib. Baş məşqçi Ünal Karamanın gələcəyə hesablanmış transferlərin edilməsi yönündə tapşırıq verdiyi bildirilir.

Qeyd edək ki, hələ ötən ay da “Trabzonspor”, həmçinin, İspaniyanın “Estremadura” və “Malaqa” klublarının Mahir Emrelini istədiyi bildirilirdi. Hətta “Estremadura”nın rəsmi təkliflə “Qarabağ”a müraciət etdiyi söylənilirdi. Lakin “Qarabağ” klubu Mahir üçün onlara xaricdən heç bir rəsmi təklif olunmadığını açıqlamışdı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri