11 
Sen
2019
18:43
37
172
10146
Virtual karabakh

Anar Mədətov: Fevral ayının 15-də mən evi tərk etmişəm

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Mahirin atası, prodüser Anar Mədətovla yenidən əlaqə yaradıb. O baş vermiş hadisənin detalları haqqında danışaraq, bunları söyləyib:

"Xocasəndə hamı bilir ki, bizim evimiz 24 saat mühafizə polisi tərəfindən mühafizə olunur. Mən Binəqədi rayonunun mühafizə polisinin rəisi ilə əlaqə saxladım. Onlar mənə bildirdilər ki, oğurluq hadisəsi baş verən zaman ev mühafizə olunmayıb. Elə bu səbəbdən də oğrular rahat şəkildə evə giriblər. Hazırda isə cinayətkarın tapılması istiqamətində ciddi araşdırmalar aparılır. Bu hadisənin necə və hansı şəraitdə baş verməsi isə müəmmalıdır".

Anar həmin evin ona məxsus olduğunu bildirsə də, evdə eks-həyat yoldaşı Elnurə Mədətova ilə uşaqlarının yaşadığını söylədi:

"Evi mən öz zəhmətim bahasına tikib, qurmuşam. Hazırda isə orada keçmiş həyat yoldaşım və uşaqlarım yaşayır. Fevral ayının 15-də mən evi tərk etmişəm. O vaxtdan evdən heç bir xəbərim olmayıb".

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və 5 min manat dəyərində qızıl zinət əşyaları oğurlanıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri