12 
Sen
2019
17:15
47
233
19693
Virtual karabakh

Boksçu Dadaşovun dul arvadı onun həyatının son dəqiqələrindən danışdı

12 Sen, 2019
17:15
19693

Boksçu Dadaşovun dul arvadı onun həyatının son dəqiqələrindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı boksçu Maksim Dadaşovun dul həyat yoldaşı Yelizaveta Apuşkina idmançının həyatının son dəqiqələrindən danışıb. 

Qadının sözlərini Sports.ru saytı təqdim edir. 

Apuşkina həkimlərin ona idmançının sağ qalmaq şansı olmadığını söylədiklərini bildirib: 

“Məni onun palatasına gətirdilər. Ondan milyon ədəd boru çıxırdı, böyük cihazlar, sistem aparatları var idi”, -  deyə Dadaşovun yoldaşı təsvir edib. O, həyat yoldaşının başında əski ilə sarılmış deşik, yara izinin olduğunu da əlavə edib. 

Apuşkinanın sözlərinə görə, o vaxt Dadaşov artıq beyin ölümü keçirmişdi. Buna baxmayaraq, o oğlu Danieli atası ilə sağollaşa bilməsi üçün palataya gətirib:

“Daniel otağa daxil olan kimi atasını silkələməyə başladı. “Ata, qalx”, dedi. Bu, çox qorxunc idi. Mən bunu ömrüm boyu xatırlayacağam”. 

Səkkiz saat sonra idmançının qan təzyiqi aşağı düşüb və həkimlər Apuşkinaya onun tezliklə öləcəyini deyib:

“Bir saniyədən sonra onlar hamısı defibrilatorlara tərəf qaçdılar ki, ona süni ürək massajı etsinlər. Mən şramdan onun beyninin necə axdığını gördüm”. 

Həkimlər 3-4 dəfə Dadaşovun ürəyini işlətməyə çalışsalar da, müvəffəq ola bilməyiblər. 

“Onun son nəfəsini gördüm. Mən həyatımın parçalandığını hiss edirdim”, - deyə Y.Apuşkina bildirib. 

Dadaşov iyulun 23-də vəfat edib. Onun ölüm səbəbi puerto rikalı Sabriel Matias ilə döyüş zamanı aldığı travmalar olub. Rus idmançının vəziyyəti döyüş zamanı pisləşib. O, hələ rinqdə olarkən insult keçirib. Dadaşov xəstəxanaya iyulun 20-də gətirilib və ona orada trepanasiya edilib. İdmançı avqust ayının 4-də dəfn olunub.

Sabriel Matiasla döyüşə qədər Maksim Dadaşov bir dəfə də olsa, məğlub olmayıb. Ardıcıl 13 qələbə qazanan idmançı bunlardan 11-ni nokautla tamamlayıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri