16 
Sen
2019
17:20
61
41
2162
Virtual karabakh

AFFA “Sumqayıt”ın çalışdırıcısını vuran məşqçinin cəzasını azaltdı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətinə baxıb.

Oxu.Az xəbər verir ki, müraciət əsasında çıxarılan qərara görə, Bakı klubunun məşqçisinin cəzası azaldılıb. 

Belə ki, Premyer Liqanın III turu çərçivəsində keçirilmiş “Neftçi” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində meydan sahibi komandanın məşqçisi Etibar Tarıverdiyevin rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə AFFA İntizam Komitəsi sözügedən şəxsə 20 oyunluq cəza, kluba isə 16 min manat cərimə yazmışdı.

Artıq Apellyasiya Arbitraj Tribunalı cəza və cəriməni yarıya endirib. “Neftçi”nin qapıçılar üzrə məşqçisi olan Etibar Tarıverdiyevin cəzalandırıldığı oyun sayı 10-a, kluba tətbiq olunan cərimə isə səkkiz min manata endirilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri