19 
Sen
2019
01:22
139
44
8113
Virtual karabakh

PSJ, “Mançester Siti” və “Bayern” böyük hesabla qalib gəldi – YENİLƏNİB + VİDEO

19 Sen, 2019
01:22
8113

PSJ, “Mançester Siti” və “Bayern” böyük hesabla qalib gəldi – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasının qrup mərhələsində birinci tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, A, B, C və D qruplarındakı ilk qarşılaşmalar da baş tutub.

Günün ən diqqətçəkən oyunu Parisdə yerli PSJ ilə Madrid “Real”ı arasında baş tutub. Meydan sahibləri bu oyunda üç xalı üç qolla qazanıblar.

“Atletiko” – “Yuventus” qarşılaşmasında dörd qol qeydə alınsa da, qalib müəyyənləşməyib – 2:2.

Münxen “Bayern”i doğma azarkeşlər önündə “Srvena Zvezda”dan üstün olub – 3:0.

“Dinamo” – “Atalanta” görüşündə də meydan sahibləri – Zaqreb klubu darmadağına sevinib – 4:0.

Moskva “Lokomotiv”i səfərdə “Bayer”dən üstün olub – 2:1.

“Mançester Siti” isə Ukraynada “Şaxtyor”u məğlub edib – 3:0.

UEFA Çempionlar Liqası

18 sentyabr

A qrupu

“Brügge” (Belçika) – “Qalatasaray” (Türkiyə) - 0:0

PSJ (Fransa) – “Real” (İspaniya) - 3:0

Qollar: Di Mariya, 14; 33. Mönye, 90+1

B qrupu

“Olimpiakos” (Yunanıstan) – “Tottenhem” (İngiltərə) - 2:2

Qollar: Podense, 44. Valbuena, 54-pen – H.Keyn, 26-pen. Lukas, 30

“Bavariya” (Almaniya) – “Srvena Zvezda” (Serbiya) - 3:0

Qollar: Koman, 34. Levandovski, 80. Müller, 90+1

C qrupu

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Atalanta” (İtaliya) - 4:0

Qollar: Leovaç, 10. Orşiç, 31; 42; 68

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Mançester Siti” (İngiltərə) - 0:3

Qollar: Mahrez, 24. İ.Gündoğan, 38. Qabriel, 76

D qrupu

“Atletiko” (İspaniya) – “Yuventus” (İtaliya) - 2:2

Qollar: Saviç, 70. Herrera, 90 – Kuadrado, 48. Matuidi, 65

“Bayer” (Almaniya) – “Lokomotiv” (Moskva, Rusiya) - 1:2

Qollar: Hövedes, 25-öz qapısına – Krıxovyak, 16. Barinov, 37

 

23:25

Çempionlar Liqasında qrup mərhələsinin I turunda ikinci oyun günündə iki qarşılaşma keçirilib.

Oxu.Az xəbər verir ki, Belçikada “Qalatasaray” “Brügge”yə qonaq olub, Yunanıstanda isə “Tottenhem” “Olimpiakos”la üz-üzə gəlib.

A qrupunun Belçikada baş tutan görüşündə azarkeşlər qol izləməyiblər. İstanbullular turnirə səfərdə qazanılan bir xalla start veriblər.

“Olimpiakos” - “Tottenhem” matçında isə hesab 2:2 olub.

Qeyd edək ki, günün digər 6 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Çempionlar Liqası

Qrup mərhələsi

I tur

18 sentyabr

A qrupu 

20:55. “Brügge” (Belçika) – “Qalatasaray” (Türkiyə) – 0:0

B qrupu

20:55. “Olimpiakos” (Yunanıstan) – “Tottenhem” (İngiltərə) – 2:2

Qollar: Podense, 44, Valbuena, 54 (pen.) - Keyn, 26 (pen.), Moura, 31

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri