19 
Sen
2019
05:05
117
66
4592
Virtual karabakh

“Real” Mbapeyə görə 225 milyon avro təklif etdi

19 Sen, 2019
05:05
4592

“Real” Mbapeyə görə 225 milyon avro təklif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Real Madrid” futbol klubu PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappeni rekord qiymətə almaq niyyətindədir.

TASS xəbər verir ki, ispan komandası futbolçu üçün 225 milyon avro ödəməyə hazırdır.

Söhbət həmçinin 50 milyon avro bonusdan gedir. Əgər transfer baş tutsa, oyunçunun illik maaşı 35 milyon avro təşkil edəcək. Lakin maaş bonuslara görə daha 5 milyon avro da arta bilər.

Komandalar arasında razılaşma baş tutsa, bu, həm də tarixdə ən böyük transfer olacaq. Əvvəlki rekord transfer göstəricisi PSJ-yə aiddir. Klub 2017-ci ildə “Barselona”dan braziliyalı hücumçu Neymarı 222 milyon avroya alıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri