20 
Sen
2019
17:12
376
47
4756
Virtual karabakh

Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu

20 Sen, 2019
17:12
4756

Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha bir idmançısı Tokio Olimpiadasına lisenziya qazanıb.

Oxu.Az xəbər verir ki, bu, Zöhrə Ağamirovadır.

18 yaşlı idmançı Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında buna nail olub. O, çoxnövçülük üzrə fərdi yarışda dörd hərəkətin cəmində 78.725 xal toplayıb. Bu nəticə ilə o, öz qrupunda IV yeri tutub və olimpiya lisenziyasını özünə təmin edən 16 idmançı arasına düşüb.

Zöhrə Ağamirova Olimpiadada çıxış edəcək ilk azərbaycanlı bədii gimnast olacaq. Bunadək Olimpiadada Azərbaycan adından legionerlər çıxış edib.

Qeyd edək ki, daha əvvəl üzgüçülükdə Maksim Şemberev, atletikanın çəkicatma növündə Anna Skidan və qadın güləşində Mariya Stadnik kimi ukraynalı legionerlərimiz gələn il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiadaya vəsiqə qazanıb. Zöhrə Ağamirova həm də Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri