22 
Sen
2019
18:34
391
77
7744
Virtual karabakh

Şərif Şərifov və Cəbrayıl Həsənov dünya ikincisi oldu - YENİLƏNİB

22 Sen, 2019
18:34
7744

Şərif Şərifov və Cəbrayıl Həsənov dünya ikincisi oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında daha bir güləşçimiz final görüşünü keçirib.

Oxu.Az xəbər verir ki, 97 kq çəkidə mübarizə aparan Olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov həlledici görüşdə əfsanəvi rusiyalı Abdulrəşid Sadullayev ilə üz-üzə gəlib.

Hər iki avar idmançının görüşün Sadullayev 4:0 qalib gəlib. Bununla da rusiyalı idmançı dördüncü dəfə dünya çempionu olub. Gümüş medalla kifayətlənməli olan idmançımız isə ikinci dəfə dünya çempionu olmaq şansını əldən verib.

Qeyd edək ki, sərbəst güləş yığmamız dünya çempionatını yalnız iki gümüş medalla başa vurub.

***
17:12

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Oxu.Az xəbər verir ki, bu gün 79 kq çəki dərəcəsində təmsilçimiz Cəbrayıl Həsənov final görüşünə çıxıb.

Üçqat Avropa çempionumuzun rəqibi ABŞ idmançısı Kayl Deyk olub. Gərgin keçən mübarizə amerikalı güləşçinin 4:2 hesablı qələbəsi ilə başa çatıb və idmançımız gümüş medal qazanıb.

Qeyd edək ki, ötən il də bu idmançılar dünya çempionatında qarşılaşmış və amerikalı idmançı qalib gəlmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri