Okt
2019
10:24
87
14
2260
Virtual karabakh

Millimiz Olimpiadaya çıxmaq üçün bu komandalarla qarşılaşacaq

3 Okt, 2019
10:24
2260

Millimiz Olimpiadaya çıxmaq üçün bu komandalarla qarşılaşacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa Olimpiya təsnifat turnirindəki rəqibləri bəlli olub. 

Oxu.Az xəbər verir ki, yanvarın 7-dən 12-dək Hollandiyanın Apeldoorn şəhərində keçiriləcək yarışda komandamız A qrupunda yer alacaq. 

Millimiz ev sahibləri, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaq. 

Qeyd edək ki, bu turnirin yalnız qalibi Tokio Olimpiadasında iştirak etmək hüququ əldə edəcək. Həmçinin, yanvarda Afrika, Asiya, Cənubi və Şimali Amerikada keçiriləcək təsnifat turnirlərinin də yalnız bir qalibi Olimpiadanın iştirakçısı olacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri