Okt
2019
16:07
47
12
2351
Virtual karabakh

“Liverpul” ispaniyalı futbolçuya görə cəzalandırıldı

3 Okt, 2019
16:07
2351

“Liverpul” ispaniyalı futbolçuya görə cəzalandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Futbol Liqası “Liverpul”u İngiltərə Liqa Kubokundan kənarlaşdırmayıb.

Oxu.Az xəbər verir ki, Mersisayd təmsilçisi 1/16 finalda “Milton Kinz Donz”la matçda reqlamentdə səhvə yol versə də, klubun turnirdə qalmasına qərar verilib. 

Ancaq “Liverpul” 200 min funt sterlinq məbləğində cərimələnib. İngiltərə təmsilçisinə verilən məbləğin yarısı şərtidir və növbəti mövsüm hansısa qayda pozulacağı təqdirdə, klub onu ödəməli olacaq.

Qeyd edək ki, “Liverpul”un 2:0 hesabı ilə qalib gəldiyi sözügedən görüşdə iştirak hüququ olmayan 22 yaşlı Pedro Çirivelya çıxış edib. İspaniyalı futbolçunun beynəlxalq sənədləri qaydasında olmadığından, oynamaq hüququ yox imiş. Buna baxmayaraq, o, 63-cü dəqiqədə qvineyalı Nəbi Keytanın yerinə meydana daxil olub.

Bu isə o deməkdir ki, Liqa Kubokunun 1/8 finalında “Arsenal”ın rəqibi “Liverpul” olacaq. Bu görüş oktyabrın 30-da keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri