Okt
2019
14:59
35
322
3238
Virtual karabakh

Rövnəq Abdullayev cüdo abidəsinin açılışında iştirak edib - VİDEO

7 Okt, 2019
14:59
3238

Rövnəq Abdullayev cüdo abidəsinin açılışında iştirak edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrənin Lozanna şəhərindəki Olimpiya Muzeyinin qarşısında ilk dəfə cüdo abidəsinin açılış mərasimi keçirilib. 

Report-un məlumatına görə, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti, Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev də iştirak edib. 

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax və IJF prezidenti Marius Vizer çıxışlarında bu idman növünün tarixi və populyarlığından bəhs ediblər. Daha sonra onlar abidənin üzərindən örtüyü götürüblər. 

R.Abdullayev mərasim zamanı həm T.Bax, həm də M.Vizerlə görüşüb. Görüşdə Azərbaycanda idmanın, o cümlədən, cüdonun inkişafından, qarşılıqlı maraq doğuran məsələlərdən danışılıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri