7 
Okt
2019
16:17
14
97
2840
yuxarı
Millimizin daha bir futbolçusunun zədəsinə aydınlıq gəldi
7 Okt, 2019
16:17
2840
14
97
Millimizin daha bir futbolçusunun zədəsinə aydınlıq gəldi
Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 5-i “Səbail” klubu ilə keçirilmiş oyunun (2:1) ilk hissəsində zədələnərək fasilədə əvəzlənən Səlahət Ağayevin vəziyyətinə aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, tibbi baxışın nəticələrinə görə, təcrübəli qapıçı pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.
Qeyd edək ki, zədələndiyi üçün Səlahət Ağayev millimizin Bəhreynlə yoldaşlıq və Macarıstanla seçmə mərhələ oyunundan azad edilib. Onun əvəzinə yığma komandaya “Sumqayıt”ın dağıstanlı qapıçısı Mehdi Cənnətov çağırılıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək