Okt
2019
18:37
74
18
3605
Virtual karabakh

Rəqibini təbrik, yoxsa həmkarına kömək edənlər - “Fair Play”i kim qazanacaq?

8 Okt, 2019
18:37
3605

Rəqibini təbrik, yoxsa həmkarına kömək edənlər - “Fair Play”i kim qazanacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) Qətərin paytaxtı Dohada başa çatmış dünya çempionatında “Fair Play” mükafatına namizədlərin adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, bunun üçün dünya çempionatından dörd hadisə paylaşılıb.

Atletika azarkeşləri oktyabrın 13-dək ən yaxşı “Fair Play” hərəkətinə səs verəcək. Daha sonra bu səsverməyə Beynəlxalq Feyr Pley Komitəsinin üzvləri və IAAF-ın formalaşdırdığı münsiflər heyətinin səsləri də əlavə olunacaq. Nəticədə üç finalçı müəyyənləşəcək. Qalib isə noyabrın 23-də Monakoda açıqlanacaq.

1. Arman Dyuplantis (İsveç), Pyotr Lisek (Polşa) və Sem Kendriks (ABŞ)

Şüvüllə tullanma yarışlarında amerikan Sendriks çempion olsa da, ABŞ doğumlu İsveç təmsilçisi Arman Dyuplantisin medal qazanması münasibətilə onu təbrik edir. Daha sonra onlara bürünc medalçı Pyotr Lisek qoşulur. Hətta hər üçü birlikdə döşək üzərində arxaya salto vururlar.

2. Sendi Moris (ABŞ)

Yenə şüvüllə tullanmada “Fair Play” hərəkəti var. Bu dəfə qadınların yarışında. Gümüş medal qazanan ABŞ idmançısı Sendi Moris iki ölkə arasında siyasi münasibətlərin gərgin olmasına baxmayaraq, qızıl medal qazanan rusiyalı Anjelika Sidorovanı qucaqlayaraq ürəkdən təbrik edir. Sanki özü qızıl medal qazanırmış kimi...

3. Dayna Eşer-Smit (Böyük Britaniya)

200 metr məsafəyə qaçışda dünya çempionu, 100 metr məsafəyə yarışda dünya ikincisi olan xanım sprinter öz hərəkəti ilə alqışları qazanıb. O, 100 metr məsafəyə yarımfinal görüşünün ortasında dizaltı vətərindən zədələnmiş amerikalı Olimpiya çempionu İnqliş Qardnerə köməyə gəlir. Onunla bərabər Nigeriya doğumlu ABŞ təmsilçisi Morolake Akinosun da həmkarına kömək edir. Nəticədə zədələnmiş idmançı qaçış trekini əlil arabasında tərk etməli olur.

4. Brayma Sunkar Dabo (Qvineya-Bisau)

Qvineya-Bisaunu təmsil edən atlet Brayma Sunkar Dabo Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatının 5000 metr məsafəyə qaçışın təsnifat yarışında Arubanın nümayəndəsi Conatan Basbiyə finişə çatmağa kömək edib. Basbi Qətərdə hava isti olduğu üçün halı pisləşib və nəticədə həmkarının köməyilə son nöqtəyə çatıb.

Qeyd edək ki, bu yarışda Azərbaycanı dörd idmançı təmsil edib. Heç bir idmançımıza medal qazanmaq qismət olmayıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri