13 
Okt
2019
21:54
113
328
10498
Virtual karabakh

Hakim qolumuzu saymadı, millimiz səfərdən məğlub dönür - YENİLƏNİB

13 Okt, 2019
21:54
10498

Hakim qolumuzu saymadı, millimiz səfərdən məğlub dönür - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimiz AÇ-2020-nin seçmə mərhələsində səfərdə Macarıstan yığması ilə qarşılaşıb.  

Oxu.Az xəbər verir ki, oyun meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.  

Yığmamız ilk hissəni Korhutun 10-cu dəqiqəsində vurduğu qolla 0:1 hesabı ilə geridə bitirmişdi.  

İkici hissənin son dəqiqəsində millimiz rəqib qapısından qol keçirsə də, hakim haqsız olaraq əllə oyuna qərar verərək, qolu qeydə almayıb. 

Bununla da yığmamız səfərdən 0:1 hesablı məğlubiyyətlə dönür. 

AVRO-2020-nin seçmə mərhələsi    

VIII tur    

13 oktyabr    

E qrupu    

20:00. Macarıstan – Azərbaycan - 1:0  

Qol: Korhut, 10  

Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya)  

 

21:05

Millimiz AÇ-2020-nin seçmə mərhələsində səfərdə Macarısran yığması ilə qarşılaşır. 

Oxu.Az xəbər verir ki, oyunda ikinci hissə başlayıb. 

Yığmamız ilk hissəni Korhutun 10-cu dəqiqəsində vurduğu qolla 0:1 hesabı ilə geridə bitirmişdi. 

Hazırda hesab dəyişməyib. 

AVRO-2020-nin seçmə mərhələsi   

VIII tur   

13 oktyabr   

E qrupu   

20:00. Macarıstan – Azərbaycan - 1:0 

Qol: Korhut, 10 

Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya) 

 

20:18

Millimiz AÇ-2020-nin seçmə mərhələsində səfərdə Macarısran yığması ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, oyunda hesab açılıb.

Macarıstan millisi 10-cu dəqiqədə önə keçib.

Korhut fərqlənib.

AVRO-2020-nin seçmə mərhələsi  

VIII tur  

13 oktyabr  

E qrupu  

20:00. Macarıstan – Azərbaycan - 1:0

Qol: Korhut, 10

Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya) 

 

20:05

Millimiz AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla qarşılaşır.  

Oxu.Az xəbər verir ki, paytaxt Budapeştdə keçirilən görüş saat 20:00-da start götürüb. 

Hazırda qarşılaşmada hesab açılmayıb.  

AVRO-2020-nin seçmə mərhələsi  

VIII tur  

13 oktyabr  

E qrupu  

20:00. Macarıstan – Azərbaycan - 0:0

Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya) 

 

19:08

AVRO-2020-nin seçmə mərhələsi davam edir. 

Oxu.Az xəbər verir ki, bu gün milli komandamız mərhələdə növbəti qarşılaşmasına çıxacaq. 

Yığmamız səfərdə Macarıstan millisi ilə qarşılaşacaq. 

Budapeştdə, “Qrupama Arena”da keçiriləcək qarşılaşmada hər iki komandanın start heyətləri açıqlanıb. 

Saat 20:00-da start götürəcək görüşdə aşağıdakı oyunçular iş başında olacaqlar. 

AVRO-2020-nin seçmə mərhələsi 

VIII tur 

13 oktyabr 

E qrupu 

20:00. Macarıstan – Azərbaycan 

Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya) 

Macarıstan: 1. Peter Qulaşi, 3. Mixay Korxut, 5. Paulo Vinisius, 6. Villi Orban, 7. Balaş Cudcak (k), 8. Adam Nad, 9. Adam Şalay, 10. Dominik Şoboşlay, 14. Gerqo Lovrençiç, 15. Laslo Klyanheyzer, 20. İştvan Kovaç 

Ehtiyat oyunçular: 12. Dibuş Deneş, 22. Adam Kovaşik, 2. Botond Barat, 4. Yanoş Ferentsi, 11. Kristian Nemets, 13. Jolt Kalmar, 16. Mate Patkay, 17. Roland Varqa, 18. Dominik Nad, 19. David Holman, 21. Tamaş Kadar, 23. Filip Holender  

Baş məşqçi: Marko Rossi 

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Pavel Paşayev 

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10 . Namik Ələsgərov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 22. Cavid Hüseynov 

Baş məşqçi: Nikola Yurçeviç 

Budapeşt. “Qrupama Arena” stadionu 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri