18 
Okt
2019
13:34
21
49
2377
Virtual karabakh

Millimizin Slovakiyaya qarşı oyununun yeri dəyişdirildi

18 Okt, 2019
13:34
2377

Millimizin Slovakiyaya qarşı oyununun yeri dəyişdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avro-2020-nin seçmə qrup mərhələsi çərçivəsində noyabrın 19-da Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək Slovakiya – Azərbaycan oyununun stadionu dəyişdirilib. 

Oxu.Az xəbər verir ki, UEFA-dan AFFA-ya daxil olmuş məlumatda oyunun Trnava şəhərindəki 19200 tamaşaçı tutumuna malik Anton Malatinski adına stadionda keçiriləcəyi qeyd olunub.

Onu da bildirək ki, əvvəl görüşün Slovakiyanın paytaxtı Bratislavada olacağı deyilirdi. Görüş “Tehelne” meydançasında (Milli Futbol Stadionu) baş tutmalı idi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri