26 
Okt
2019
23:13
178
44
6283
Virtual karabakh

Millimizin baş məşqçisi: Göstərdik ki, Azərbaycan yaxşı oynaya bilir

26 Okt, 2019
23:13
6283

Millimizin baş məşqçisi: Göstərdik ki, Azərbaycan yaxşı oynaya bilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Komandamın pis oynadığını deyirdilər. Amma bu gün biz göstərdik ki, Azərbaycan yaxşı oynaya bilir. Slovakiya ilk hissədə qol şansı yarada bilmədi. Biz isə ilk hissədə şanslarımızdan yararlana bilmədik. Tələsmədən oynadıq.  

Oxu.Az xəbər verir ki, bunu futzal millimizin baş məşqçisi Joze Alesio deyib.  

Futzal millimiz dünya çempionatının Əsas raundunun 3-cü qrupunda bu gün son görüşünü keçirib. Elit raunda vəsiqəni təmin etmiş millimiz qrup liderliyi üçün Slovakiya ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. 

O, Elit mərhələdə potensiaı rəqiblərimizdən danışıb: “Ukrayna, Xorvatiya, Gürcüstan qrup ikinciləri kimi bizə düşə bilər. Çexiya sürpriz edib qalib gəlsə, Portuqaliya da bizə düşə bilər. Futzalda indi zəif rəqib yoxdur. İspaniya əvvəl Avropada rəqiblərinə 20 qol vururdusa, indi 3-4 qolla məğlub edə bilir”.  

Qeyd edək ki, yığmamız bundan əvvəl Moldovanı 3:1 və Monteneqronu 3:2 hesabı ilə məğlub edib. Qrupun bütün görüşləri Bakı İdman Sarayında keçirilib.  

Səbuhi Musayev 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri