31 
Okt
2019
09:54
142
15
1444
Virtual karabakh

Akrobatlarımız Avropa çempionatında medal qazanıb

31 Okt, 2019
09:54
1444

Akrobatlarımız Avropa çempionatında medal qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin Holon şəhərində start götürmüş akrobatika gimnastikası üzrə Avropa çempionatı gimnastlarımız üçün uğurlu başlayıb.

Oxu.Az xəbər verir ki, gənclər yaş kateqoriyasında kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov yarışların bürünc medalını qazanıb. 

Balans hərəkətləri proqramında hakimlərdən 28 xal alan gimnastlarımız fəxri kürsünün III pilləsinə yüksəlib. I və II yerləri müvafiq olaraq Böyük Britaniya (28.750) və Rusiya (28.600) gimnastları tutub.

Qeyd edək ki, bugündən etibarən yarışlara böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlarımız da qoşulacaq. Çempionat noyabrın üçü yekunlaşacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri