Noy
2019
17:31
27
117
3451
Virtual karabakh

Yunan-Roma və qadın güləşi üzrə yığmalarımız Dünya Kubokuna getməyəcək - SƏBƏB

28-29 noyabr tarixlərində İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, ötənilki dünya çempionatının nəticəsinə əsasən ilk “səkkizliy”ə düşən millimiz bu Dünya Kubokunda iştirak etməli idi.

Ancaq komandamız qonşu ölkədə mübarizə apara bilməyəcək. Buna səbəb Dünya Güləş Birliyinin Dünya Kuboku üçün bu ilki dünya çempionatının nəticələrini əsas götürməsidir.

Sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında isə yunan-Roma güləşi üzrə millimiz zəif çıxış etdiyindən, “səkkizliy”ə düşə bilməyib.

Bundan başqa, qadın güləşi üzrə yığmamız da Dünya Kubokuna getməyəcək. 16-17 noyabrda Yaponiyanın Narita şəhərində keçiriləcək Dünya Kubokuna qadın millimiz vəsiqə qazansa da, yol uzaqlığı səbəbindən komandamız mübarizəyə qatılmayacaq.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız Dünya Kubokunda bir dəfə çempion olub, bir dəfə ikinci və bir dəfə də üçüncülüyə yiyələnib. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri