Noy
2019
04:10
386
12
7461
Virtual karabakh

Azərbaycanlı idmançı dünya çempionu oldu - FOTO/VİDEO

5 Noy, 2019
04:10
7461

Azərbaycanlı idmançı dünya çempionu oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Karrara şəhərində Dünya Koreya Döyüş Sənətlərinə daxil olan Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatı başa çatıb.

Oxu.Az xəbər verir ki, hapkidoçu idmançılarımız bu gecə Bakıya qayıdıb.

Azərbaycan Hapkido Federasiyasının prezidenti və yığma komandanın baş məqçisi Süleyman Məmmədli bildirib ki, yarışlara ümumilikdə, 40-a yaxın ölkədən 5 mindən çox idmançı qatılıb.

Azərbaycanı isə yarışlarda bir məşqçi olmaqla, altı nəfər hapkidoçu təmsil edib. Onlardan Arif Mustafayev qızıl, biri gümüş, biri isə bürünc medal qazanıb.

Süleyman Məmmədli bildirib ki, yarışlar zamanı idmançılarımız beş növ üzrə dünya çempionu olub, üç növ üzrə yarışlarda isə gümüş medal qazanıb. Yığmamız ümumilikdə 17 medalla vətənə qayıdıb.

Hapkidoçu Arif Mustafayev jurnalistlərə açıqlamasında bildirib ki, yarışlar zamanı üç əsas rəqibi ilə qarşılaşıb:

“Belçika, Çexiya və Fransa təmsilçiləri ən güclülərdən idi. Final qarşılaşmasında fransalı rəqibimə qalib gəldim və qızıl medal qazanaraq beşinci dəfə dünya çempionu titulu aldım. Qarşılaşmaların hər biri çətin keçdi. Lakin sonda özümə ən güclü rəqib saydığım fransalı təmsilçiyə qalib gəlməyi bacardım”.

A.Mustafayev bir neçə dəfə dünya çempionatlarında uğurlu nəticələr göstərib. 2010-cu ildən etibarən ümumilikdə, beş dəfə rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb.

Yarışlarda həmçinin Hapkido Federasiyasının prezidenti və baş məqçisi Süleyman Məmmədli də iştirak edib. S.Məmmədli bir neçə növ üzrə birinci yerin qalibi olub.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri