Noy
2019
06:49
295
18
2382
Virtual karabakh

Cüdoçularımız qələbə ilə Vətənə döndü - FOTO

5 Noy, 2019
06:49
2382

Cüdoçularımız qələbə ilə Vətənə döndü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında uğur qazanan Azərbaycan milli komandasının üzvləri Vətənə dönüb.

Oxu.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Heydər Əliyev adına Hava Limanında gənc cüdoçuların qarşılanma mərasimi olub.

Milli komandanın üzvlərini ictimaiyyət nümayəndələri, idmançıların valideynləri, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Rusiyada keçirilən Avropa birinciliyi Azərbaycan üçün əlamətdar olub. Belə ki, fərdi yarışlarda Rəşid Məmmədəliyev qızıl, Nurlan Osmanov gümüş medal qazanıb.

Avropa birinciliyində azərbaycanlı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçisi olub. Avropa birinciliyinin iki final görüşü və bir neçə prinsipial qarşılaşması referimizə həvalə edilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri