Noy
2019
11:34
221
18
5036
Virtual karabakh

Türkiyədə müalicə alan Ayxan Mamayev: 17 gün Allahın sınağında oldum - FOTO

9 Noy, 2019
11:34
5036

Türkiyədə müalicə alan Ayxan Mamayev: 17 gün Allahın sınağında oldum - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karate üzrə dünya ikincisi Ayxan Mamayev böyrəyində yaranmış ciddi problemlərə görə Türkiyədə mualicəsini davam etdirir.

Oxu.Az xəbər verir ki, bir həftə Azərbaycanda, 10 gün isə Türkiyədə müalicə alan Ayxanın səhhəti artıq düzəlib.

Bu barədə karateçi şəxsi “Instagram” hesabında məlumat paylaşıb.

“17 gün Allahın sınağında oldum, çox əziyyətlər çəkdim. Böyrəklərimdə yaranan problemlə bağlı xəstəxanada qaldım. Bir həftə Azərbaycanda, 10 gün Türkiyədə müalicə aldım. Şükürlər olsun ki, nəticə gözəl oldu. İlk növbədə ailəmə, dostlarıma, Karate Federasiyasının rəhərliyinə, tanıyanlara, maraqlananlara “çox sağ ol” demək istəyirəm.

Bütün xərcləri Milli Karate Federasiyası qarşıladı. Hər gün dostlarım yazıb, maraqlandılar. O qədər çətin gün yaşadım ki, indi sağalmağıma sevinirəm. Allah heç kimə belə günlər nəsib etməsin. Hər günümüzə, anımıza şükürlər olsun”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Shukurler olsun Allaha.. ne az ne cox duz 17 gun Allahin sinaginda oldum, cox eziyyetler cekdim.. Boyreklerimde yaranan problemlernen bagli xestexanalarda qaldim.. 1 hefte Azerbaycanda 10 gun Turkiyede.. Ama cox shukurler olsun kinetice cox gozel oldu.. ilk novbede aileme, aile uzvlerime, dostlarima , qardashlarima, qohumlarima, Karate Federasiyasinin rehberliyine, butun uzvlerine, taniyanlara , yazanlara, maraqlananlara, butun herkese cox sag ol demek isteyirem.. Butun xerclerimi qarshilayan Karate Federasiyasina cox sag ol demek isteyirem.. menim dostlarim hergun yazib maraqlanan qardashlarima cox sag ol demek isteyirem.. Muellimlerime cox sag ol demek isteyirem.. o qeder cetin gunler yashadim ki indi duzelmeyime sagalmagima cox sevinirem.. Allah heckime bele gunleri nesib etmesin InshAllah.. her gunumuze her animiza min shukuler olsun Allahim.. Allah herkesin ureyine gore versin🙏🏻Amin InshAllah🙏🏻🙏🏻🙏🏻

Публикация от Mamayev Ayxan Мамаев Айхан🥋 (@mamayev_aykhan)

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri