12 
Noy
2019
01:25
16
44
2790
Virtual karabakh

Milli üzvünün məhsuldar ötürməsi də qələbəyə yetmədi

12 Noy, 2019
01:25
2790

Milli üzvünün məhsuldar ötürməsi də qələbəyə yetmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Almaniya III Bundesliqasında XV turun oyunları keçirilib.  

Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb. 

Münster təmsilçisi doğma meydanda “Braunşveyq”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. 

Oyuna ehtiyat oyunçular skamyasında başlayan Rüfət 70-ci dəqiqədə meydana daxil olub.  

Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməyib. Əvəzində o, məhsuldar ötürmə ilə yadda qalıb. 

Münster klubu 15 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri