14 
Noy
2019
11:34
134
39
2499
Virtual karabakh

Zlatan İbrahimoviç: Mən gəldim, gördüm, ABŞ-ı fəth etdim - VİDEO

14 Noy, 2019
11:34
2499

Zlatan İbrahimoviç: Mən gəldim, gördüm, ABŞ-ı fəth etdim - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Los-Anceles Qalaksi” klubu isveçli futbolçu Zlatan İbrahimoviçlə müqavilənin müddətini qarşılıqlı razılaşma əsasında uzatmayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

38 yaşlı hücumçunun ABŞ təmsilçisi ilə hazırkı müqaviləsi dekabrın 31-i başa çatacaq. İbrahimoviçin özü də dünən “Twitter” hesabında bu klubdan ayrılacağını bildirib:

“Mən gəldim, mən gördüm, mən fəth etdim. Mənə özümü canlı hiss etdirdiyin üçün təşəkkür edirəm, “Los-Anceles Qalaksi”. “Qalaksi” fanatları, siz Zlatanı istədiniz, mən Zlatanı sizə verdim. Həyat hekayəm davam edir... İndi isə beyzbola baxmağa gedək”.

Qeyd edək ki, İbrahimoviç ötən ilin martın 23-də ABŞ klubu ilə müqavilə bağlayıb. O, burada 52 qol və 17 məhsuldar ötürməyə imza atıb.

Zlatan İbrahimoviçin 2010-2012-ci illərdə oynadığı İtaliyanın “Milan” klubuna qayıdacağı iddia edilir.  Onu “Napoli” və “Bolonya”nın da istədiyi bildirilir. Hətta “Bolonya”nın baş məşqçisi Sinişa Mixayloviçlə yaxınlığına görə İbrahimoviçin daha çox bu kluba keçməyə yaxın olduğunu iddia edənlər də var.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri