16 
Noy
2019
17:43
241
41
3935
Virtual karabakh

Məhəmmədrəsul Məcidov peşəkar rinqdə ikinci döyüşünü Səudiyyə Ərəbistanında keçirəcək - EKSKLÜZİV

16 Noy, 2019
17:43
3935

Məhəmmədrəsul Məcidov peşəkar rinqdə ikinci döyüşünü Səudiyyə Ərəbistanında keçirəcək - EKSKLÜZİV

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanı təmsil edən Məhəmmədrəsul Məcidovun ikinci peşəkar boks döyüşünün vaxtı, yeri və rəqibi bilinib.

Bu barədə Oxu.Az-a Azərbaycan Peşəkar Boks Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, “Boxing Star Managament” şirkətinin rəhbəri Ziya Əliyev deyib.

“Onun ABŞ-ın məşhur “Matchroom Boxing” promouter şirkəti ilə müqavilə bağlanmasında mənim rolum olub. Promouter, həmin şirkətin icraedici direktoru Edi Hirn keçmiş ağır çəkidə dünya çempionu, ingiltərəli Entoni Coşuanın (Olimpiya çempionu, 2011-ci ildə Bakıda keçirilmiş həvəskar boks üzrə dünya çempionatının ikincisi – S.M.) promouteridir. Hirnlə çox yaxşı münasibətlərim var. Bu üzdən də onun şirkəti ilə müqavilə bağlaya bildik. 

Artıq Məhəmmədrəsulun ikinci döyüşünün vaxtı bilinir. O, dekabrın 7-də ingiltərəli Tom Litlla görüşəcək. Səkkiz raundluq döyüş olacaq. Məhz Edi Hirnlə yaxşı münasibətlərimin olması səbəbindən, onun döyüşünü Entoni Coşua ilə amerikan Endi Ruisin ikinci döyüşünün keçirildiyi gecəyə saldıq. Həmin döyüş gecəsi Səudiyyə Ərəbistanının Diriyə şəhərində keçirildiyindən, “Clash on the Dunes” (“Səhrada Toqquşma” – S.M.) adlandırılıb. Orda çoxlu ağırçəkili boksçular döyüşəcək”.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov sentyabrda Nyu Yorkda – Medison Skveyə Qardendə ilk peşəkar döyüşünü keçirib. O, ABŞ idmançısı Ed Fauntini dördüncü raundda texniki nokautla məğlub edib. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri