18 
Noy
2019
17:18
22
95
3841
Virtual karabakh

Millimizin futbolçusu: Yurçeviçlə qərara gəldik ki, növbəti təyyarə ilə Almaniyaya qayıdım

18 Noy, 2019
17:18
3841

Millimizin futbolçusu: Yurçeviçlə qərara gəldik ki, növbəti təyyarə ilə Almaniyaya qayıdım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşovun durumuna bu gün aydınlıq gələcək.

Oxu.Az xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsinin Uelslə Slovakiyaya qarşı oyunlarına çağırılan, lakin sonradan zədə səbəbindən heyətdən çıxarılan futbolçu Almaniyanın məşhur “Bild” nəşrinə açıqlama verib.

Aşağı liqa təmsilçisi “Proyssen”də çıxış edən R.Dadaşov məşq zamanı aldığı xəsarətdən danışıb:

“Yerə yıxılarkən birdən budumda ağrılar hiss etdim. Millinin baş məşqçisi Nikola Yurçeviçlə belə qərara gəldik ki, növbəti təyyarə ilə Almaniyaya qayıdım. Bazar ertəsi tam müayinə olunacağam. Ümid edirəm ki, tezliklə problem arxada qalacaq və yenidən meydana dönəcəyəm”.

Qeyd edək ki, Rüfət Dadaşov millidə 24 oyuna beş qol vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri