24 
Noy
2019
19:00
141
21
7073
Virtual karabakh

Cüdo millimiz “Böyük Dəbilqə”ni “gümüş”lə başa vurdu - FOTO

24 Noy, 2019
19:00
7073

Cüdo millimiz “Böyük Dəbilqə”ni “gümüş”lə başa vurdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın Osaka şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri keçirilib.  

Cüdo Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışda 86 ölkənin idmançıları ilə yanaşı Azərbaycan cüdoçuları da mübarizə aparıblar.  

Kişilərin mübarizəsində -100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov Fransa, Almaniya, Rusiya və Yaponiya cüdoçularını məğlub edərək finala çıxıb.  

Həlledici qarşılaşmada yaponiyalı Haqa Ryunosukeyə uduzan cüdoçumuz nüfuzlu yarışın gümüş medalını qazanıb.  

Qeyd edək ki, 481 cüdoçunun qatıldığı Osaka turnirində Azərbaycan 13 idmançı ilə təmsil olunub. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri