25 
Noy
2019
10:30
22
230
17960
Virtual karabakh

Daha bir zəhərlənmə faktı: 10 voleybolçu xəstəxanaya aparıldı - FOTO

25 Noy, 2019
10:30
17960

Daha bir zəhərlənmə faktı: 10 voleybolçu xəstəxanaya aparıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin qadın voleybolçulardan ibarət I dəstə klubu “Kuzeyboru” klubuna bədbəxt hadisə üz verib. 

Oxu.Az xəbər verir ki, komandanın 10 oyunçusu eyni gündə zəhərlənib.

Oyunçular hoteldə olarkən gecə saatlarında ürəkbulanma və qusmadan şikayət edib. Ona görə də voleybolçular xəstəxanaya aparılıb. Bu səbəbdən VII turda “Mardin Böyükşəhər Bələdiyyəsi Başakspor”la keçirilməli olan qarşılaşma təxirə salınıb. 

“Kuzeyboru” klubundan verilən açıqlamada bildirilir ki, noyabrın 22-də oyun üçün Mardinə gəliblər və hoteldə gecələyiblər. Ertəsi gün voleybolçular ürəkbulanma və zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb:

“Komanda üzvləri səhər saatlarında xəstəxanadan buraxılıblar. Lakin hoteldə həkim nəzarəti altındadırlar”. 

Qeyd edək ki, zəhərlənmənin səbəbi açıqlanmayıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri