26 
Noy
2019
10:25
8
166
3550
Virtual karabakh

UFC döyüşçüsünün qızının meyiti tapıldı

26 Noy, 2019
10:25
3550

UFC döyüşçüsünün qızının meyiti tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarışıq döyüş növləri üzrə döyüşçü Uolt Harrisin bir ay əvvəl itkin düşən qızının meyiti tapılıb.  

Bu barədə “CBS 42” dərgisi məlumat yayıb.

Hüquq-mühafizə orqanları 19 yaşlı qızın meyitini Corciya ştatının Meykon şəhərində aşkar ediblər. İtkin düşdüyü gün Ani Blançardla görüşmüş şəxsi polislər şübhəli şəxs qismində saxlamışdılar. Həmçinin, gənc qızın idarə etdiyi avtomobil də polislər tərəfindən aşkar edilmişdi. Avtomobildə zərbə izləri aşkar olunmuşdu.

Qeyd edək ki, Uolt Harris ağır çəki dərəcəsində qarışıq döyüş növləri üzrə yarışlarda iştirak edir. 20 peşəkar döyüş keçirən U.Harrisin aktivində 13 qələbə, yeddi məğlubiyyət var. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri