26 
Noy
2019
17:29
83
40
2616
Virtual karabakh

“Neftçi”də daha bir qvineyalı futbolçu

26 Noy, 2019
17:29
2616

“Neftçi”də daha bir qvineyalı futbolçu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” PFK baxışa daha bir futbolçu dəvət edib. 

Oxu.Az xəbər verir ki, bu, qvineyalı Nabi Silladır. 

21 yaşlı Silla hücumçudur. “Soar Akademiyası”nın (2008-2014) yetirməsi olan futbolçu vətənində “Satellit” (2015-2017), “Qanqan” (2017-2018) və “Koya” (2018/2019) klublarında çıxış edib.

Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Nabi Silla U-23-ün üzvüdür. Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Xatırladaq ki, digər qvineyalı futbolçu – 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda baxışdadır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri