28 
Noy
2019
14:36
202
63
2783
yuxarı
Futbol yığmamız FIFA reytinqində Mozambikdən geriyə düşdü
28 Noy, 2019
14:36
2783
202
63
Futbol yığmamız FIFA reytinqində Mozambikdən geriyə düşdü
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Oxu.Az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası üç pillə geriləyib.
Millimiz hazırda 1177 xalla 114-cü pillədə qərarlaşıb. Hətta Mozambik və Zimbabve kimi millilər yığmamızı qabaqlayıb. Geriləməyə səbəb bu ay yığmamızın Uelsə Bakıda, Slovakiyaya isə Trnavada 0:2 hesabı ilə uduzmasıdır.
Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olmayıb. Belçika yenə dünya reytinqinə başçılıq edir. Son dünya çempionu Fransa ikincidirsə, futbolun populyar olduğu Braziliya üçüncü sıradadır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək