28 
Noy
2019
23:50
35
114
5450
Virtual karabakh

İbrahimoviçə qarşı irqçi hücum - FOTO

28 Noy, 2019
23:50
5450

İbrahimoviçə qarşı irqçi hücum - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçli futbolçu Zlatan İbrahimoviçin Stokholmdakı evinin qapısına irqçi yazı yazılıb.

Oxu.Az xəbər verir ki, uzun illərdir “Malmö” klubunda oynayan İbrahimoviçin komandanın əzəli rəqibi olan “Hammarbi”nin səhmlərinin yarısını satın almasından sonra futbolçuya istiqamətlənmiş irqçi hücumlar davam edir.

Məşhur futbolçunun paytaxt Stokholmda olan evinin qapısına İsa peyğəmbərə xəyanət edən səvarisi İudanın adı yazılıb.

Hüquq-mühafizə orqanları təcavüzkarları tapmaq üçün araşdırmaya başlayıb.

Bir gün öncə də ulduz futbolçunun Malmödə iki ay əvvəl ucalan heykəlinin olduğu bölgəyə qədim yuqoslav dilində istifadə edilən “Cigani dö” (Qaraçıya ölüm) şəklində irqçi şüar yazılmış və heykəli yandırılmışdı.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri