30 
Noy
2019
02:30
97
23
2692
Virtual karabakh

İnfantino Afrika üçün vəsait toplamağa başlayır

30 Noy, 2019
02:30
2692

İnfantino Afrika üçün vəsait toplamağa başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino Afrikanın hər bir ölkəsində FİFA standartlarına cavab verən ən azı bir stadionun tikintisi üçün 1 milyard dollar toplamaq niyyətində olduğunu bildirib. 

BBC-nin məlumatına əsasən, o, bu barədə Konqo Demokratik Respublikasının cənubundakı Lubumbaşi şəhərində ölkənin "TP Mazembe" futbol klubunun yaranmasının 80 illiyi ilə bağlı təşkil edilmiş tədbirdə çıxışı zamanı deyib.

“Biz Afrikanı ən yüksək səviyyəyə çatdırmaq və qitənizin malik olduğu görkəmli oyunçuları dünyaya göstərmək məqsədi daşıyırıq. Biz buna infrastrukturun yaradılması, futbol arbitrlərinin hazırlanması və böyük yarışların keçirilməsi hesabına nail olmaq niyyətindəyik”, - deyə İnfantino bildirib.

FİFA prezidenti qitənin ən yaxşı klublarının oynayacağı Afrika Liqasının yaradılmasının nəzərdən keçirildiyini bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri