Dek
2019
13:48
225
24
2817
Virtual karabakh

Ronaldu İtaliyada iki nominasiya üzrə qalib oldu

3 Dek, 2019
13:48
2817

Ronaldu İtaliyada iki nominasiya üzrə qalib oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu İtaliyada mükafatlandırılıb.

Oxu.Az xəbər verir ki, o, A Seriyasında 2019-cu ilin ən yaxşı oyunçusu seçilib. 

O, eyni zamanda, ölkə çempionatının ən yaxşı hücumçuları arasında yer alıb. Digər nominasiyalarda aşağıda adları qeyd olunanlar qalib olub.

Ən yaxşı hücumçular: Kriştianu Ronaldu (“Yuventus”), Duvan Sapata (“Atalanta”) və Fabio Kvalyarella (“Sampdorya”);

Ən yaxşı yarımmüdafiəçilər: Miralem Pyaniç (“Yuventus”), Yosip İliçiç (“Atalanta”) və Nikolo Barella (“Kalyari”/“İnter”);

Ən yaxşı müdafiəçilər: Joau Kanselu, Corco Kyellini (hər ikisi “Yuventus”), Kalidu Kulibali (“Napoli”) və Aleksandar Kolarov (“Roma”);

Ən yaxşı qapıçı: Samir Handanoviç (“İnter”);

Ən yaxşı komanda: (“Atalanta”);

Ən yaxşı məşqçi: Can Pyero Qasperini (“Atalanta”);

Ən yaxşı arbitr: Canluka Rokki

Ən yaxşı gənc oyunçu: Sandro Tonali (“Breşa”).

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri