Dek
2019
10:29
46
10
2283
Virtual karabakh

Azərbaycan çempionu olmuş futbol komandası İsveçdə oynayacaq

4 Dek, 2019
10:29
2283

Azərbaycan çempionu olmuş futbol komandası İsveçdə oynayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Region Kuboku turnirinin 2020/2021-ci il mövsümünün püşkü atılıb.

Oxu.Az xəbər verir ki, A qrupunda yer alan təmsilçimiz ilkin təsnifat mərhələsində Gürcüstan, Estoniya və İsveç klubları ilə qarşılaşacaq. 

Bu qrupun oyunları iyulun 21-də, 24-də və 27-də İsveçdə keçiriləcək. Komandamız ilkin qrup mərhələsinin qalibi kimi növbəti mərhələyə vəsiqə qazanarsa, Çexiya, Ukrayna və Bosniya və Herseqovina, ikinci pillənin sahibi kimi mübarizəni davam etdirərsə, Rusiya, Bolqarıstan və Uels klubları ilə görüşəcək.

Qeyd edək ki, ölkəmizi bu turnirdə yenə Region Liqasının ötən mövsümünün qalibi olmuş “Uğur” (Sumqayıt) komandası təmsil edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri