Dek
2019
14:51
74
42
3123
Virtual karabakh

Millimiz Millətlər Liqasında Ermənistanla bir səbətdə yer alacaq

5 Dek, 2019
14:51
3123

Millimiz Millətlər Liqasında Ermənistanla bir səbətdə yer alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də UEFA Millətlər Liqasının 2020/21-ci il mövsümü ilə əlaqədar olub.

Oxu.Az xəbər verir ki, Azərbaycan milli komandası növbəti UEFA Millətlər Liqasında C Liqasında mübarizə aparacaq. 

Millimiz C liqasının reytinqə görə ən zəiflərin yer aldığı dördüncü səbətində yer alıb. Bu səbətdə digər komandalar Qazaxıstan, Moldova və Ermənistan yığmalarıdır.

C liqasında yığmamızın potensial rəqibləri isə bu komandalardır:

Birinci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan

İkinci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr

Üçüncü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq

Qeyd edək ki, UEFA Millətlər Liqasının  püşkatma mərasimi 2020-ci il martın 3-də Niderlandın paytaxtı Amsterdamda keçiriləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri